FHN: Göyçayda yanğının yayılmasının qarşısı alınıb -YENİLƏNİB

12 Oktyabr 2025 22:28 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Göyçay şəhəri ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

22:08

Göyçayda güclü yanğın başlayıb. Hadisə axşam saatlarında rayon ərazisində yerləşən yeşik istehsalı sexində qeydə alınıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, alov qısa müddətdə şiddətlənərək geniş sahəni əhatə edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir, ətraf ərazilər yanğından mühafizə olunur.