ABŞ-da restoranda atışmada 4 nəfər ölüb, azı 20 nəfər yaralanıb

12 Oktyabr 2025 20:11 (UTC+04:00)

ABŞ-ın Cənubi Karolina ştatının Müqəddəs Helena ada şəhərində restoranda baş verən atışma nəticəsində 4 nəfər ölüb, azı 20 nəfər yaralanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə yerli vaxtla gecə saatlarında baş verib. Polis xəsarət alanlardan dördünün vəziyyətinin ağır olduğunu bildirib. Atışma zamanı hadisə yerində yüzlərlə insan olub.

Hadisənin təfərrüatı açıqlanmayıb.