Latviya Belarusla sərhəddə uçuş qadağasını uzadıb

12 Oktyabr 2025 19:17 (UTC+04:00)

Riqa bəyan edib ki, Belarus və Rusiya sərhədi yaxınlığında Latviya hava məkanının qismən bağlanması ən azı bir həftə qüvvədə qalacaq.

...Rusiya və Belarusla həmsərhəd hava məkanında axşam və gecə saatlarında 6 km-ə qədər hündürlükdə uçuşlara qadağa oktyabrın 19-u, bazar günü səhərə qədər uzadılıb.

SİA xəbər verir ki, məlumatda belə bildirilir.

Qadağa əvvəlcə oktyabrın 8-dək qüvvədə idi, lakin sonradan oktyabrın 12-dək uzadıldı.

Əli Babayev