Parapauerliftinq üzrə növbəti Dünya çempionatı Bağdadda keçiriləcək

12 Oktyabr 2025 19:04 (UTC+04:00)

Parapauerliftinq üzrə növbəti Dünya çempionatı 2027-ci ildə Bağdadda keçiriləcək.

SİA xəbər verir ki, bunu hazırda Qahirədə keçirilən dünya çempionatında İraq nümayəndə heyətinin rəhbəri, Parapauerliftinq üzrə İraq Federasiyasının vitse-prezidenti Həsən Kərəm bildirib.

H.Kərəm qeyd edib ki, Beynəlxalq Parapauerliftinq Federasiyası Qahirədə keçirdiyi iclasda İraqın bu idman yarışına ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib.

Qeyd edək ki, Qahirədə oktyabrın 18-dək davam edəcək beynəlxalq yarışda dünyanın 72 ölkəsindən, o cümlədən Azərbaycandan idmançılar iştirak edirlər.