...Deməli, oxuyun və elə özünüz də təhlil edin!?.
Qeyd edim ki, bu, Cənubi Koreyada rus qadının doğuş etdiyi doğum evində baş verib.
SİA bu barədə Telegram kanala istinad edir.
...Və beləliklə, Krasnodar diyarından olan Anastasiya Cənubi Koreya vətəndaşı ilə ailə qurub və həyat yoldaşı ilə ərinin doğma Kunsanda şhərində məskunlaşıb.
Bu rahat, kiçik şəhər Sarı dənizin sahilində, paytaxt Seuldan cəmi iki saatlıq məsafədə yerləşir.
Anastasiya Künsandakı özəl klinikada uşaq dünyaya gətirib. Doğuşdan bir gün sonra qadın bir az gəzmək qərarına gəlib və xəstəxana palatasını tərk edib.
Deməli, onun şortik, çox təvazökar xalat və dayaq sarğısı olub. Rus qadın bu geyimdə ayaqlarını uzadaraq xəstəxana dəhlizində dolaşırmış.
Amma bu, klinikanın həkimlərinin ona irad tutması üçün kifayət edib.
Onlar onun seksual görünüşünün arvadlarını ziyarət etmək üçün doğum evinə gələn koreyalı ərləri utandırdığını iddia ediblər.
Və gənc anaya paltarını dəyişməyi şiddətlə tövsiyə edilib. Lakin 25 yaşlı rus qadına qəribə münasibət bununla bitməyib. Anastasiya qidalanmalarından birində tibb bacılarının onu arxadan “rus südü istehsalçısı” adlandırdıqlarını eşidib.
Doğum evinin işçiləri gənc qadının Koreya dilində danışdığını bilmirdilər.
Rus qadının səbrini qıran son damla isə onun günorta qəlyanaltısı olub.
Kanalın yazdığına görə, ona qəlyanaltı üçün xurma ilə süd gətirilib. Bu birləşmə, həm də süd verən analar üçün və xüsusilə yeni doğulmuş körpə üçün təhlükəlidir.
Məsələn, xurma bağırsaq hərəkətlərində problemlər və yanaqlarda qızartı yarada bilər.
Nəhayət, Anastasiya ərinin dəstəyi ilə özəl klinikadan evə buraxılıb.
Maraqlıdır ki, Koreyalı həkimlər cütlükdən üzr istəsələr də, doğuşdan sonrakı şöbəyə xərclənən pulları geri qaytarmaqdan imtina ediblər.
Nazlı Almuradova