Xəbərdarlıq: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

12 Oktyabr 2025 15:04 (UTC+04:00)

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, oktyabrın 13-də bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.