Məşhur çimərlikdə helikopter qəzası baş verib

12 Oktyabr 2025 12:10 (UTC+04:00)

ABŞ-nin Kaliforniya ştatının cənubunda ən populyar çimərliklərdən biri olan Hantinqton-Biç üzərindən uçan helikopter istirahət edənlərin gözü qarşısında qəzaya uğrayıb. SİA bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir. Hadisə nəticəsində helikopterdə olan iki nəfər, eləcə də sakinlər arasında üm nəfər xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbi hələ müəyyən edilməyib. Helikopterin xeyriyyə məqsədilə uçuş həyata keçirdiyi bildirilib.