Liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

12 Oktyabr 2025 10:13 (UTC+04:00)

Paytaxt Bakıda bir nəfər liftdə köməksiz vəziyyətdə qalıb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.