Hülya Avşar yeni imici ilə təəccübləndirdi - FOTO

12 Oktyabr 2025 08:30 (UTC+04:00)

Qış sesonuna hazırlaşan türkiyəli məşhur müğənni Hülya Avşar açıq tonlu saçlarından imtina edərək tamamilə fərqli bir üslub seçib. SİA xəbər verir ki, sənətçi saçları qısa şəkildə kəsdirib və, tünd (qoyulaşdırılmış) tonlara boyatdırıb. Onun yeni üslubu sosial mediada sürətlə yayılıb və minlərlə izləyici tərəfindən bəyənilib. Türkiyə mətbuatı bu dəyişimi “şaşırtıcı imaj dəyişikliyi” kimi təqdim edir və belə bir radikal keçidin onun artistik ifadə gücünü göstərdiyini vurğulayır.