Misirdə üç Qətər diplomatı yol qəzasında həlak olub

12 Oktyabr 2025 06:13 (UTC+04:00)

Misirin Şarm əl-Şeyx şəhərində 3 Qətər diplomatı yol qəzasında ölüb. SİA xarici mediaya istinadla xəbər verir ki, qəza nəticəsində daha iki diplomat yaralanıb.

Məlumata görə, insident Qəzzada atəşkəslə bağlı keçirilən sammit ərəfəsində baş verib, lakin diplomatların Qətər danışıqlar qrupunun tərkibində olub-olmadığı hələlik məlum deyil.