ABŞ Prezidentinin xüsusi nümayəndəsi Qəzzaya səfər edib

12 Oktyabr 2025 04:37 (UTC+04:00)

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bəyan edib ki, o, ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperlə birlikdə İsrailin atəşkəs razılaşmasına əməl etdiyini yoxlamaq məqsədilə oktyabrın 11-də Qəzza zolağına səfər edib. SİA xəbər verir ki, bu barədə Uitkoff sosial şəbəkə platforması X-də paylaşım edib.

“Sazişə əməl olunduğunu yerində yoxlamaq üçün bu gün Qəzza zolağına səfər etdik. Bizə təhlükəsizlik, humanitar və münaqişələrin qarşısının alınması səyləri barədə ətraflı hesabatlar təqdim olundu”, – deyə Prezidentin xüsusi nümayəndəsi bildirib.