Ermənistanın Kotayk bölgəsinin Çarentsavan şəhərindəki kilsədə bir nəfər vəhşicəsinə qətlə yetirilib. SİA xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, öldürülən şəxs dini ibadət üçün kilsəyə gəlib. Naməlum səbəblərdən kilsədə dərin bıçaq zərbələri alıb. Həmin şəxs xəstəxanaya çatdırılsa da, o, özünə gəlmədən ölüb.
Bəzi məlumatlara görə, həmin şəxs Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvü olub və məbəddə din xadimləri ilə mübahisə edib. Bəzi siyasətçilərin fikrincə, həmin şəxs kilsə ilə hakim partiya arasındakı çəkişmənin qurbanı olub.