Almaniyanın Qiesen şəhərində atışma nəticəsində üç nəfər xəsarət alıb

11 Oktyabr 2025 23:00 (UTC+04:00)

Almaniyanın Hessen əyalətindəki Qiesen şəhərində atışma nəticəsində üç nəfər xəsarət alıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə mərc oyunları ofisində baş verib. Atəş açan şəxs hadisə yerindən qaçıb və onun axtarışı istiqamətində tədbirlər davam etdirilir. Polisin məlumatında əhalinin təhlükə altında olmadığı, hadisənin motivlərinin araşdırıldığı bildirilib.