ABŞ-da atışma nəticəsində 4 nəfər həlak olub...

11 Oktyabr 2025 19:24 (UTC+04:00)

ABŞ-ın Missisipi ştatının kiçik Leland qəsəbəsində atışma baş verib.

SİA-nın məlumatına görə, CBS telekanalı xəbər verir ki, 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

Hadisə şənbə günü, oktyabrın 11-də, Leland Liseyində evə qayıtma oyunu zamanı şəhərin əsas küçəsində baş verib. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir, araşdırma aparılır.

Zərərçəkənlər təyyarə ilə yerli xəstəxanalara çatdırılıb. Hücum edənin kimliyi və motivi hələlik məlum deyil, polis qeyd edib.

Daha əvvəl Missisipinin şərqində atışma nəticəsində biri uşaq olmaqla 4 nəfərin həlak olduğu bildirilmişdi.

Əli Babayev