Bayden yeni xərçəng müalicəsinə başladı...

11 Oktyabr 2025 18:44 (UTC+04:00)

ABŞ-ın keçmiş prezidenti Cozef Bayden prostat xərçənginin müalicəsinin yeni mərhələsinə başlayıb.

SİA xəbər verir ki, NBC telekanalının məlumatına görə, bu barədə keçmiş ABŞ liderinin sözçüsü bildirib.

Onun sözlərinə görə, müalicənin yeni mərhələsi şüa terapiyası və hormonal müalicəni nəzərdə tutur. Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu bu ilin mayında elan edilib.

...The Washington Post o zaman yazırdı ki, Bayden hələ vəzifədə olarkən prostat xərçənginə yoluxmuş ola bilər, lakin bu məlumatı gizlətməyə çalışırdı.

Bayden vəziyyəti şərh edərək xərçəngin müalicəsinə başladığını və xərçəngin başqa orqanlara yayılmadığını yazıb. Keçmiş Ağ Ev rəhbəri vurğulayıb ki, o, xərçəng xəstəliyinin öhdəsindən uğurla gələn tanınmış cərrahın nəzarəti altındadır. O əlavə edib ki, onun proqnozu müsbət olaraq qalır.

Əli Babayev