...Ukrayna prezidenti Vladimir Zelenski Donald Trampla söhbəti zamanı Rusiyanın Ukraynanın enerji sektorlarına zərbələri və ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi imkanlarını müzakirə edib.
SİA xəbər verir ki, bu barədə Ukrayna liderinin bəyanatına istinadən RBC-Ukrayna məlumat yayıb.
...Mən ABŞ prezidenti Donald Trampla danışdım. Yaxşı söhbət oldu, çox məhsuldar oldu, - Zelenski qeyd edib.
Ukrayna prezidenti Trampı uğuru və faktiki olaraq təmin etdiyi Yaxın Şərq sazişi münasibətilə təbrik edib.
...Bu, güclü nəticədir. Əgər biz bu regionda müharibəni dayandıra bilsək, şübhəsiz ki, digər müharibələr də dayandırıla bilər, o cümlədən bu Rusiya müharibəsi də.., - o qeyd edib.
Zelenski həmçinin bildirib ki, söhbət zamanı o, Trampı Rusiyanın Ukraynanın enerji sektorlarına zərbələri barədə məlumatlandırıb.
...Bizi dəstəkləmək istəyinizə görə minnətdaram. Biz hava hücumundan müdafiə sistemimizi gücləndirmək imkanlarını və bununla bağlı hazırladığımız sazişləri müzakirə etdik. Bizi həqiqətən necə gücləndirmək barədə yaxşı variantlar, güclü ideyalar var, - o qeyd edib.
Ukrayna prezidenti rusların əsl diplomatiya ilə məşğul olmağa hazır olmasının vacibliyini vurğulayıb.
…Buna güc yolu ilə nail olmaq olar. Sağ olun, cənab Prezident!.
Zelenski deyib bunu da.
Əli Babayev