Bir-birinin ətrafında fırlanan qara dəliklərin fotosu ortaya çıxıb...

11 Oktyabr 2025 20:14 (UTC+04:00)

Alimlər bir-birinin ətrafında fırlanan qara dəliklərin görüntüsünü dərc ediblər.

SİA-nın məlumatına görə, şəkil Turku Universitetinin saytında mövcuddur.

...Astronomlar ilk dəfə olaraq bir-birinin orbitində fırlanan iki qara dəliyin radio şəklini əldə ediblər. Bu müşahidə qara dəlik cütlərinin mövcudluğunu təsdiqləyir. Əvvəllər astronomlar yalnız ayrı-ayrı qara dəlikləri təsvir edə bilirdilər, - nəşr qeyd edir.

Mütəxəssislərin fikrincə, bu, 19-cu əsrdə kəşf edilmiş OJ287 kvazarının mərkəzidir.

İyul ayında The Guardian, elm adamlarının Samanyolu xaricində indiyə qədər qeydə alınmış ən böyük qara dəlik birləşməsini kəşf etdiklərini bildirmişdi.

Nazlı Almuradova