...Əvvəlki illərdən fərqli olaraq Rusiya 2024-cü ildə Suriyada məhdud qüvvələri və ikinci cəbhə aça bilmədiyi üçün Əsədə kömək edə bilmədi.
SİA-nın məlumatına görə, bunu Almaniyanın “Welt” qəzetinə müsahibəsində Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus deyib.
...Rusiyanın ikinci cəbhə qurmağa gücü çatmır. Rusiyanın Ermənistana və ya Bəşər Əsədə kömək etməyə gücü belə yox idi. Fikir verin: Bəşər Əsəd Suriyada sonuncu dəfə təzyiq altında olanda Rusiya Hərbi Hava Qüvvələri Livan “Hizbullah”ı və İran İnqilabı Keşikçiləri Korpusu ilə birlikdə xüsusi təyinatlılarla onun köməyinə tələsdi...
Bunu Petreus qeyd edib.
Lakin 2024-cü ildə ruslar və “Hizbullah” kifayət qədər qüvvə olmadığı üçün onun köməyinə gələ bilmədi.
Əli Babayev