Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib. SİA-nın əldə etdiyi məlumata görə, general bu gün səhər qəfil dünyasını dəyişib.
Qeyd edək ki, Rasim Əliyev son olaraq Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ Müharibəsindən sonra yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Səs Media Qrup adından general-mayor Rasim Əliyevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.