M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəylinin 140 və Litva bəstəkarı Mikaloyus Konstantinas Çiurlionisin 150 illik yubileylərinə həsr olunmuş konsert təşkil edilib. SİA xəbər verir ki, ilk olaraq Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli iki ölkə arasındakı diplomatik münasibətlər, mədəni əlaqələr və dahi bəstəkarların yaradıcılığı haqqında çıxış ediblər.
Daha sonra dirijor Vilmantas Kaliünasın (Litva) rəhbərliyi ilə
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist Əsmər Kərimli (violonçel) dinləyicilər qarşısında çıxış edib.