Azərbaycan həndbol klubu bu gün Macarıstan təmsilçisi ilə qarşılaşacaq

11 Oktyabr 2025 12:20 (UTC+04:00)

Bu gün kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kuboku turnirində mübarizəyə start verir. SİA xəbər verir ki, yarışa ikinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionu mövsümdə ilk sınağına Macarıstanda çıxacaq. Təmsilçimiz “Balaton” İdman Kompleksində yerli “Balatonfüredi” kollektivi ilə üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu komandalar arasında cavab görüşü oktyabrın 19-u Bakıda yerləşən “AHF Arena” İdman Kompleksində olacaq.