DÇ-2026: Türkiyə millisi bu gün Bolqarıstanla qarşılaşacaq

11 Oktyabr 2025 11:22 (UTC+04:00)

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində daha 8 oyun keçiriləcək. SİA xəbər verir ki, E qrupunda Türkiyə millisi səfərdə Bolqarıstanın qonağı olacaq.

Eyni qrupda yer alan İspaniya seçməsi isə Gürcüstanı sınağa çəkəcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

DÇ-2026

Seçmə mərhələ

11 oktyabr

E qrupu

22:45 Bolqarıstan - Türkiyə

22:45 İspaniya - Gürcüstan

F qrupu

20:00 Macarıstan - Ermənistan

22:45 Portuqaliya - İrlandiya

I qrupu

20:00 Norveç - İsrail

22:45 Estoniya - İtaliya

K qrupu

17:00 Latviya - Andorra

22:45 Serbiya - Albaniya