Azərbaycanın U-17 yığması seçmə mərhələdə ikinci oyununa çıxacaq

11 Oktyabr 2025 11:21 (UTC+04:00)

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq. SİA xəbər verir ki, 9-cu qrupda yer alan millimiz Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Park de Sport” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Matçı Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.