Bərdədə iki minik avtomobili toqquşub. SİA-nın yerli müxbirinin verdiyi məlumata görə, hadisə Bərdə-Yevlax yolunda qeydə alınıb. "VAZ-2106" və "Infiniti" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanların olduğu qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.