Palçıq vulkanında püskürmə baş verib

11 Oktyabr 2025 10:38 (UTC+04:00)

Oktyabrın 11-İ saat 08:27-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında püskürmə hadisəsi qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova SİA-ya bildirib ki, hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır.