Goranboyda yol qəzasında 3 nəfər xəsarət alıb

11 Oktyabr 2025 09:31 (UTC+04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 21011" ilə "Mercedes" markalı minik avtomobillərin toqquşması nəticəsində 3 nəfər - 1981-ci il təvəllüdlü P.Quluzadə, 2015-ci il təvəllüdlü M.Quluzadə və 1987-ci il təvəllüdlü A.Musayev xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.