...Rusiya Federasiyasının Murmansk vilayəti üzrə İstintaq Komitəsi Telegram kanalında bildirib ki, Monçeqorskda sosial xidmət mərkəzindən 15 yaşlı yeniyetmənin itməsi ilə bağlı cinayət işi açılıb.
…Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (Qətl) ilə cinayət işi açılıb.
SİA-nın məlumatına görə, bunu agentliyin mətbuat xidməti aydınlaşdırıb.
İstintaqın məlumatına görə, oktyabrın əvvəlində 2010-cu il təvəllüdlü azyaşlı Monçeqorsk İnteqrasiya Sosial Xidmətlər Mərkəzindən təkbaşına çıxıb və naməlum istiqamətə gedib. Onun harada olduğu məlum deyil, axtarış aparılır.
Bundan əvvəl Krasnoyarsk diyarında itkin düşən ailənin axtarışlarına başlanılıb.
Sentyabrın 28-də Sergey və İrina Usoltsev beş yaşlı qızı Arina ilə birlikdə Kuturçin kəndi yaxınlığında gəzintiyə çıxıblar. Sentyabrın 30-da evdə qalan oğul itkin düşmüş şəxslər haqqında ərizə verib.
Axtarışlara 350-dən çox adam cəlb olunub.
Əli Babayev