A Seriyasında ötən ayın ən yaxşı baş məşqçisi məlum olub

10 Oktyabr 2025 17:49 (UTC+04:00)

İtaliya A Seriyasında sentyabr ayı üzrə ən yaxşı baş məşqçi açıqlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu mükafata “Milan”a rəhbərlik edən Massimiliano Alleqri layiq görülüb. Onun komandası ötən ay 3 oyunda qalib gəlib.

“Milan” 6 turdan sonra topladığı 13 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.