Ukrayna üçün yüzlərlə raketlər vaxtından aylar əvvəl çatdırılıb...

10 Oktyabr 2025 17:54 (UTC+04:00)

...Yüzlərlə hava hücumundan müdafiə raketi Ukraynaya vaxtından 5 ay əvvəl çatdırılıb.

SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna Britaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edildiyi kimi, Böyük Britaniyanın müdafiə hazırlığı və sənaye naziri Lyuk Pollard Ukraynaya hərbi dəstəyi artırmaq üçün bu həftə Kiyevə səfər edən ticarət nümayəndə heyətinə rəhbərlik edib.

...Ukrayna üçün mühüm əhəmiyyət kəsb edən raketlər vaxtından bir neçə ay əvvəl təhvil verilib, - məlumatda deyilir.

Bu, Ukraynanın ən böyük dron istehsalçısının Böyük Britaniyada dron istehsalına 200 milyon funt sterlinq investisiya qoymasından və 500 iş yerinin yaradılmasından sonra mümkün olub.

Müdafiə Nazirliyinin məlumatına görə, Yüngül Çoxməqsədli Raketlər (LMM) kimi tanınan bu raketlər 2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Ukraynanı təhlükələrdən qoruyur.

...Bu ilin əvvəlində imzalanmış 1,6 milyard funt sterlinqlik müqavilənin yekun mərhələsi döyüşlərdə qalib gələn bu raketlərin Ukraynanın hava hücumundan müdafiə sisteminə inteqrasiyasına imkan verəcək ki, bu da Ukraynanın özünün suveren imkanlarının inkişafında mühüm addımdır.

Pollard həmçinin əlavə edib ki, Böyük Britaniya Rusiyanın qeyri-qanuni işğalından Ukraynaya özünü müdafiə etməkdə sarsılmaz öhdəliyini gücləndirir.

...Təkcə bu il biz Ukraynaya hərbi dəstəyə 4,5 milyard funt-sterlinq xərcləyirik ki, bu da indiyədək ən böyük məbləğdir.

Əli Babayev