Ən böyük şirkətlər işçiləri ödənişsiz məzuniyyətə göndərir...

10 Oktyabr 2025 20:13 (UTC+04:00)

...Müharibə iqtisadiyyatının çətinlikləri, daxili tələbatın və ixracın azalması fonunda Rusiyanın ən böyük sənaye şirkətləri işçilərini daha qısa iş həftələrinə keçirir və ya onları ödənişsiz məzuniyyətə göndərir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.

Belə şirkətlərə CEMROS (ən böyük sement istehsalçısı), Rusiya Dəmir Yolları, KAMAZ, QAZ, AvtoVAZ və almaz hasilatı şirkəti Alrosa daxildir.

“Reuters”in məlumatına görə, bu tədbirlər kütləvi ixtisar olmadan xərclərin azaldılmasına yönəlib.

Məsələn, CEMROS ilin sonuna qədər dörd günlük iş həftəsinə keçib.

Buna səbəb tikintinin azalması və Çin, İran və Belarusdan sement idxalının artmasıdır.

GAZ, KAMAZ və AvtoVAZ avtomobil istehsalçıları oxşar qərarlar qəbul ediblər. Rusiya Dəmir Yolları yük daşımalarının azalması səbəbindən mərkəzi ofis işçilərinə ayda üç ödənişsiz istirahət günü təklif edib.

Kömür sənayesi, xüsusən də kömür hasilatının kəskin şəkildə azaldığı Kuzbass bölgəsində iflaslar və minlərlə işçi ixtisarı ilə üzləşdi.

Makroiqtisadi Təhlil Mərkəzinin məlumatına görə, ilin əvvəlindən Rusiyanın mülki sənayesi 5,4 fraiz azalıb.

2025-ci ildə ÜDM-in artımı 0,7-1 faiz səviyyəsində proqnozlaşdırılır, ötən il 4,3 faiz.

Sənayedə əmək haqqı borcları artır - avqust ayına qədər onlar keçən illə müqayisədə 3,3 dəfə artaraq 1,64 milyard rubla çatıb.

Ekspertlər qeyd edirlər ki, Rusiya iqtisadiyyatı yüksək faiz dərəcələri, güclü rubl, sanksiyalar və ucuz Çin idxalı ilə rəqabət kimi bir sıra problemlərlə üzləşir.

Sosial iğtişaşların qarşısını almaq üçün hökumət artıq kömür, metallurgiya və nəqliyyat şirkətlərinə güzəştlər və dəstək verməyə məcburdur.

Əli Babayev