20 ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı - FOTOLAR

10 Oktyabr 2025 16:19 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuşərazilərimizə köçürülmüş sakinlər üçün özünüməşğulluqproqramının icrasını davam etdirir. SİA xəbər verir ki, bu dəfə Ağdərə, Cəbrayıl, Laçın və Zəngilan rayonlarındadaha bir qrup sakinə proqram çərçivəsində mal və materiallartəqdim edilib.

Verilmiş aktivlər hesabına sakinlər kişi bərbərxanası, avtoçilingər, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadıngözəllik salonu, qoyunçuluq, keçiçilik, arıçılıq və s. istiqamətlərüzrə kiçik bizneslərini yaradıblar.

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görəPrezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlarözünüməşğulluq proqramı çərçivəsində qurduqlarıtəsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərinibildiriblər.

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarınaköçürülmüş sakinlərdən artıq 500-ə yaxın ailə özünüməşğulluqproqramı çərçivəsində öz təsərrüfatlarını qurub.