“Puqaçova hələ də rus cəmiyyətində böyük nüfuz sahibidir...”

10 Oktyabr 2025 19:54 (UTC+04:00)

...Rusiyanın işğalından sonra açıq şəkildə müharibəyə qarşı çıxan və Ukraynaya dəstək verən rusiyalı müğənni Alla Puqaçova “gizli məqsədlə” bir neçə dəfə vətəninə qayıdıb.

SİA-nın məlumatına görə, “Qlavred” xəbər verir ki, bu barədə Rusiya mətbuatına prodüser İosif Priqojin bəyan edib.

Prodüserin sözlərinə görə, hazırda xaricdə yaşayan Alla Borisovna köhnə əlaqələrdən istifadə etmək və əri Maksim Qalkinə kömək etmək üçün Rusiyaya qayıtmaq qərarına gəlib.

...O, üzr istəyirəm, hamı üçün qapıları açır. Amma bu gün qapılar onun üzünə bağlanıb. O, statusunu və təsirini itirib. O, bura ərinin geri, öz peşəsinə qayıtmasına icazə verilməsi üçün danışıqlar aparmaq üçün gəlib, - Priqojin bildirib bunu.

...Və həmçinin şikayət edib ki, Rusiya hakimiyyətinin təzyiqlərinə baxmayaraq, Puqaçova hələ də cəmiyyətdə böyük nüfuza malikdir.

Priqojin Alla və Maksimi Rusiyadan kənarda yaşayarkən öz təsirlərini qorumaq üçün fanatlarının sevgisini manipulyasiya etməkdə ittiham edib.

Nazlı Almuradova