Narkomaniyanın dəhşətlərindən və qurbanlarından bəhs edən bədii-sənədli film hazırlanıb - FOTOLAR

10 Oktyabr 2025 15:19 (UTC+04:00)

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəsaiti əsasında, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilati dəstəyi ilə Əməkdar jurnalist Mübariz Əsgərovun müəllifliyi ilə “Qara tale – ağ ölüm” adlı bədii-sənədli film hazırlanıb. İşçi Qrupundan SİA-ya verilən məlumata görə, narkomaniyanın dəhşətləri və qurbanlarından bəhs edən bədii-sənədli filmin təqdimatı Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında keçirilib.

Tədbirdə DSX-nin Akademiyasının rəisi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, Bakı şəhər Hərbi prokurorunun müavini, eləcə də Audiovizual Şuranın üzvü, Əməkdar jurnalist Mübariz Əsgərov iştirak edərək film və mövzu barədə çıxış ediblər.

Filmin media subyektlərində və sosial şəbəkələrdə yayımlanması nəzərdə tutulur.