Sabunçu rayonunda Vətən müharibəsi şəhidləripolkovnik-leytenant Cəfərov Zaur Hüseyn oğlu, Quliyev İlkin Rəfail oğlu, Babayev Rəşad Ağabəy oğlu, Seyidov Əli Rahim oğlu, Sadıqov Rəsul Həşim oğlununildönümləri münasibətilə anım tədbirləri keçirilib. SİA xəbər verir ki, əvvəlcə şəhid polkovnik-leytenant Zaur Cəfərovun Hərbi Memorial Məzarlıqda məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub. Daha sonra Bakıxanov qəsəbəsi Şəhidlər Xiyabanında İlkin Quliyevin, Maştağa qəsəbəsiŞəhidlər Xiyabanında Rəşad Babayevin, Bülbülə qəsəbəsi Şəhidlər Xiyabanında Əli Seyidovun və Pirşağı qəsəbəsi Şəhidlər Xiyabanında Rəsul Sadıqovun məzarları ziyarət olunub, əziz xatirələri dərin ehtiramla yad edilib,ruhlarına dualar oxunub.
Anım tədbirlərində YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Pirşağı qəsəbəsi üzrə nümayəndəsi Sədai Vəlibəyli, Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, şəhidlərinailə üzvləri, döyüş yoldaşları və məktəbli şagirdlər iştirak ediblər.
Qeyd edək ki, Zaur Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunda anadan olub. 1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2001-ci ilə qədər ali hərbi məktəbdə təhsil alıb. Hələ sağ ikən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi" və “İgidliyə görə” medalları ilə təltif olunub. Aprel döyüşlərində qəhrəmanlığı ilə seçilib. Azərbaycan ordusunun polkovnik-leytenantı Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, "Hərbi xidmətlərə görə" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
İlkin Quliyev 15 aprel 2002-ci ildə Moskva şəhərində anadan olub. 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 310 nömrəli tam orta məktəbdə orta təhsil alıb. 2020-ci il 10 oktyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Rəşad Babayev 1992-ci il iyunun 4-də Bakı şəhərində anadan olub. 1998-ci ildə Nizami rayonu 109 nömrəli orta məktəbin 1-ci sinifinə gedib. 2006-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 25 iyul 2014-cü ildə N saylı hərbi hissədə “kiçik gizir” rütbəsində, 24 noyabr 2017-ci ildə N saylı hərbi hissədə “gizir” rütbəsində xidmətini davam etdirib. Rəşad Babayev "Qüsursuz xidmətə görə" III dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur. 10 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “İgidliyə görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Seyidov Əli 1999-cu il iyulun 11-də Bakı şəhərində anadan olub. 2006-cı ildə Sabunçu rayonu, Ramana qəsəbəsi 90 nömrəli orta məktəbdə təhsil almağa başlayıb. 2020-ci il oktyabrın 4-də Tərtər-Suqovuşan döyüşlərində qəhrəmancasına şəhid olub. 2020-ci il oktyabrın 10-da Bakıda Bülbülə şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Sadıqov Rəsul 2001-ci ildə 3 martda Bakıda dünyaya gəlib. Tovuz hadisələrində könüllü olaraq döyüşlərə qatılıb. İkinci Qarabağ müharibəsində də könüllü kimi iştirak edib. 2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.