Bu ilin sentyabr ayında ailə başçısını itirməyə görə 186,7 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onlardan 136,9 min nəfərdən çoxu pensiya, 49,7 min nəfərdən çoxu isə müavinət alıb.