Avtomobildən 1000 ədəd narkotik tərkibli həb aşkarlandı

10 Oktyabr 2025 13:10 (UTC+04:00)

Lənkəran şəhəri ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, sürücü, əvvəllər məhkum olunmuş 48 yaşlı Ceyhun Ağayevin narkotiklərin təsiri altında olmasına dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Müayinə zamanı sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.

Nəqliyyat vasitəsinə baxış zamanı isə avtomobildən əlavə olaraq 1000 ədəd psixotrop tərkibli metadon həbi, tiryək və marixuana aşkarlanıb. Araşdırma zamanı C.Ağayevin əldə etdiyi narkotiklərin satışını təşkil etmək üçün Lənkəran şəhərinə gətirdiyi müəyyən edilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanılıb, C.Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.