Milli Məclis ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi zamanı dövlət dilinin normalarının nəzərə alınması haqqında qanun layihəsini təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə edilib.
Belə ki, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.
Xatırladaq ki, hazırda prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.