İctimai təşəbbüslərin dəstəklənməsi üzrə qrant müsabiqəsi elan edilir

10 Oktyabr 2025 12:21 (UTC+04:00)

Elm və Təhsil Nazirliyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” üzrə qrant müsabiqəsi elan edir. Nazirlikdən SİA-ya bildirilib ki, qrant müsabiqəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulur.

Müsabiqəyə təqdim olunacaq layihə təklifləri oktyabrın 27-dək [email protected] elektron poçtu vasitəsilə qəbul ediləcək.