Azərbaycan ilə Tacikistan arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir - İlham Əliyev

10 Oktyabr 2025 11:28 (UTC+04:00)

MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən məhdud tərkibdə iclasında çıxış edən Prezident İlham Əliyev Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl şəkildə inkişaf etdiyini bildirib. SİA xəbər verir ki, dövlətimizi başçısı deyib: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Bu əlaqələr qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir”.