Meksikanın Qvadalaxara şəhərində Qran-Pri turniri keçiriləcək

10 Oktyabr 2025 10:58 (UTC+04:00)

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 17–19 oktyabr tarixlərində Meksikanın Qvadalaxara şəhərində Qran-Pri turniri keçiriləcək. SİA xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun başçılığı altında 7 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq.

Üç gün davam edəcək turnirdə 35 ölkədən 248 idmançı (154 kişi, 96 qadın) iştirak edəcək.

Heyəti təqdim edirik:

Kişilər

-60 kq
Əhməd Yusifov
Balabəy Ağayev

-66 kq
Ruslan Paşayev
Yaşar Nəcəfov

-73 kq
Hidayət Heydərov
Rəşid Məmmədəliyev

-81 kq
Vüsal Qələndərzadə
Zelim Tçkayev

-90 kq
Murad Fətiyev

-100 kq
Zelim Kotsoyev

+100 kq
Uşanqi Kokauri