Azərbaycanın şahmat yığmaları Yunanıstanla heç-heçə edib

10 Oktyabr 2025 10:48 (UTC+04:00)

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalararası Avropa çempionatında V turun görüşləri keçirilib. Azərbaycan Şahmat Federasiyasından SİA-ya verilən məlumata görə, kişilərdən ibarət yığma Yunanıstan komandası ilə qarşılaşıb. Bütün partiyalar heç-heçə başa çatıb və matç 2:2 hesabı ilə nəticələnib. Bu turdan sonra aktivində 7 xalı olan Azərbaycan komandası 5-7-ci yerləri bölüşür.

Qadınlardan ibarət Azərbaycan millisi də Batumidə Yunanıstanla mübarizə aparıb. Görüş bərabərliklə yekunlaşıb 2:2. Hazırda 6 xalı olan qadınlardan ibarət komanda əlavə göstəricilərə görə 8-ci pillədə qərarlaşıb.

Bu gün Avropa çempionatında VI turun partiyaları oynanılacaq. Püşkə əsasən, hər iki komandamız Ermənistan şahmatçıları ilə qarşılaşacaq.