Lənkəranda yol qəzası baş verib. SİA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şovu kəndi ərazisində qeydə alınıb. 2003-cü il təvəllüdlü Murad Mirzəzadənin idarə etdiyi "VAZ 2106" markalı nəqliyyat vasitəsi Eldəniz Əmrəyevin idarə etdiyi "Reno" markalı avtomobillə toqquşub. "VAZ-2106"nın sürücüsü və digər avtomobildə olan sərnişinlər - 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.
Qeyd edək ki, xəsarət alanlardan ikisi şagird, ikisi tələbədir.