Naxçıvanda xaricə qanunsuz miqrasiya vədi ilə dələduzluq edən şəxs saxlanılıb

10 Oktyabr 2025 10:15 (UTC+04:00)

Naxçıvanda xaricə qanunsuz miqrasiya vədi ilə dələduzluq edən şəxs saxlanılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 33 yaşlı Vüsal Quliyev məsuliyyətə cəlb edilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, həmin şəxs bir vətəndaşı xarici ölkə ərazisinə qanunsuz yolla keçirəcəyini vəd etməklə, ona qarşı dələduzluq törədib və 1800 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.