Goranboyda yanğına səbəb olan şəxs saxlanılıb

10 Oktyabr 2025 10:10 (UTC+04:00)

Oktyabr ayının 8-də Goranboy rayon Bolsulu kəndində biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan SİA-ya bildirilib ki, araşdırmalarla kənd sakini, Şahin Qurbanovun 18 sot biçilmiş əkin sahəsini yandırması məlum olub.

Ş. Qurbanov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.