Bu gün Hövsan südçülük sovxozunun qaz təchizatında məhdudiyyət olacaq. SİA-nın məlumatına görə, qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar 10.10.2025-ci il tarixdə saat 10:00-dan işlər tamamlananadək Hövsan südçülük sovxozunu qazla təmin edən kəmərdə qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Hövsan südçülük sovxozunun qaz təchizatında fasilə yaranacaq.