Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, yol qəzası zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Xəsarət alanlar 25 yaşlı E.Abbasov, 30 yaşlı E.Huseynov, 25 yaşlı N.Huseynov və 20 yaşlı T.Orucovdur.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.