Ukraynanın paytaxtı zülmətə qərq oldu

10 Oktyabr 2025 06:27 (UTC+04:00)

Kiyevdə "TEC-6" istilik elektrik stansiyası yaxınlığında güclü partlayışlar baş verib, bundan sonra şəhərdə elektrik və su təchizatında fasilələr yaranıb. SİA xəbər verir ki, bu barədə Strana.ua məlumat yayıb. Ukraynanın paytaxtının meri Vitali Kliçkonun sözlərinə görə, şəhərdə pilotsuz uçuş aparatlarının hücumu nəticəsində işıq və su təchizatında fasilələr müşahidə oluna bilər.