ABŞ və Finlandiya 11 buzqıran gəminin inşası ilə bağlı razılığa gəliblər

10 Oktyabr 2025 00:12 (UTC+04:00)

ABŞ və Finlandiya ABŞ-ın Arktika regionunda müdafiəsini gücləndirməyə kömək edə biləcək 11 buzqıran gəminin inşası ilə bağlı razılığa gəliblər. SİA-nın məlumatına görə, bu barədə iki ölkə lideri Ağ Evdə keçirilən görüş zamanı elan edib.

Müqaviləyə əsasən buzqıran gəmilərin dördü Finlandiyada, yeddisi isə ABŞ-da düzəldiləcək.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Finlandiya ABŞ-a buzqıran gəmi işini öyrədəcək.

Finlandiya Prezidenti Aleksandr Stubb Arktikanın ABŞ-ın maraqları üçün əsas strateji bölgə olduğunu qeyd edib.