Putin Tacikistanda niyə həbs edilməyib..?

10 Oktyabr 2025 00:16 (UTC+04:00)

...Avropa İttifaqı bəyan edib ki, Tacikistan Vladimir Putini həbs etməkdən imtina edərək, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı olan dövlət kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

SİA-nın məlumatına görə, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin bəyanatında deyilir. Avropa İttifaqı xatırladıb ki, Kreml lideri Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına baxmayaraq, hazırda Tacikistandadır.

...Tacikistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı olan dövlətdir və həbs qərarının icrası ilə bağlı Nizamnamə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməyib”, - deyə məlumatda əlavə edilib.

Avropa İttifaqı beynəlxalq hüquq çərçivəsində bütün cinayətlərə görə məsuliyyətin təmin edilməsi səylərinə “güclü dəstəyini” ifadə edib.

...Bu kontekstdə Avropa İttifaqı Ukraynada Beynəlxalq Cinayət Məhkəməsi prokuroru tərəfindən aparılan istintaqı dəstəkləməyə davam edir və bütün dövlətləri əməkdaşlığa çağırır.

Avropa İttifaqı Beynəlxalq Cinayət Məhkəməsinə və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir.

2002-ci ildən Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olan Tacikistanda Putin Rusiya-Mərkəzi Asiya sammitində və Müstəqil Dövlətlər Birliyinin iclasında iştirak edir.

Əli Babayev