Qazaxıstanın Aktau şəhərində türkdilli dövlətlər arasında peşə bacarıqları üzrə “TürkSkills” yarışması keçirilib.
SİA-nın məlumatına görə, Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, yarışmada Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Cahid Güləhmədov professional qaynaq istiqaməti üzrə III yerə çıxıb.